İnterpol azərbaycanlını axtarışa verdi

İnterpol qadınlara qarşı cinayət törədən səkkiz kişini axtarır. Siyahıda azərbaycanlı Nuran Musayevin də adı var.

Oxu.Az-ın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

“Qadınlara qarşı Zorakılığın Ləğv olunması Uğrunda Beynəlxalq Mübarizə Gününə təsadüf edən bu çağırış bütün dünyada qız və qadınların zorakılıqla üzləşməsinin bariz nümunəsidir”, - deyə İnterpolun saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, iki qadının ölümündə ittiham olunan 37 yaşlı kişinin adı İnterpolun “Qırmızı xəbərdarlıqlar” siyahısındadır.