12 kəsik sağ əl skeleti
Yusif Nəzərli
00:24 18.04.2023
Cəmiyyət
1225
Arxeoloq və tarixçiləri düşünməyə vadar edib
Misirdə aparılan arxeoloji qazıntılar zamanı tapılmış 12 kəsik sağ əl skeleti arxeoloq və tarixçiləri düşünməyə vadar edib. 12 kəsik sağ əldən 11-i kişi əli, yalnız 1-I qadına məxsusdur. Bu, qədim Misirdə mövcud olan cəza növündən geriyə qalan qalıqlardır, yoxsa başqa sirr gizlənir?
“Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, arxeoloq Erman Ertuğrul aşkar olunmuş qalıqlar barədə danışıb. Bu qalıqlar Misirin Tell əl-Dab bölgəsindəki Hyksos sarayının önündə 2011-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxıb. Sözügedən saray Hyksos hökmdarlarının hazırda Əl-Qusəyya kimi tanınan Cusaye şəhərinin 15-ci xanədanı hakimlərinə aid olub.
Nə baş veribsə, məhz bu sarayda baş verib. Tarixçilər qədim Misirdəki məzarlıq və daş oymalarda kəsik əllər təsvirinə rast gəlindiyini bildirir. Lakin arxeoloqlar bu dəfə fərqli mənzərə ilə qaşrılaşıb. Kəsik əllər barədə danışan arxeoloq Erman Ertuğrul deyib ki, birdən artıq əskik əlin və barmaqların tapılması, toplam 18 əlin var ola biləcəyi anlamına gəlir: “Bir qadın əlinin olması, prosedurda cinsi fərqliliyin olmadığını göstərir. Tarix boyu qadınlar hərbi sahədə müxtəlif vəzifələr daşıyıb. Qadınlar da müharibələrdə iştirak edib. Həmçinin siyasi, ictimai həyatda aktiv rola malik olublar.
Tell əl-Dabda qadına məxsus sağ əl skeletinin ortaya çıxmasının önəmli bir səbəbi ola bilər. Almaniyalı mütəxəssis doktor Julia Greski əllərin toxumaları araşdırıldığında onların sağ ikən birilərindən kəsilərək götürülməsi mülahizəsi üzərində dayanıb. Yalnız sağ əllərin kəsilməsi bir adət-ənənədən də irəli gələ bilər. Kəsik əllər necə gəldi basdırılmayıb, əksinə, nizamlı bir şəkildə, səliqəylə torpağa qoyulub.
Əllərin rəmzi olaraq birlikdə bir əli xarakterizə etməsi də mümkündür. Bu da əllərin cəza növü olaraq kəsildiyi mülahizəsini şübhə altına alır. Bununla belə kəsik sağ əllər hələ də mübahisə predmetidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi