Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Salyan rayonu N.Xəlilov adına Qarabağlı kənd tam orta məktəbinin şagirdləri Rəşidə Zeynallı və Rəşid Zeynallı Prezidentə yazırlar:
“Hörmətli cənab Prezident, dünyanın qorxu və təlaş içində olduğu bir zamanda Azərbaycanda yaşamağımıza görə sevinc hissi keçiririk. Bu çətin günlərdə xalqımıza arxa duraraq Vətənimizə layiqli Prezident olduğunuzu bir daha sübut etdiniz. Sizin uzaqgörənliyiniz, yüksək idarəçilik qabiliyyətiniz bizi valeh etdi. Sizin çağırışlarınıza canla-başla əməl edirik. Sizə Salyan rayonunun bütün məktəbliləri adından dərin təşəkkürümüzü bildiririk. Sizin bu qayğınıza cavab olaraq biz də dərslərimizi daha yaxşı oxuyacaq, Vətənimizə, Sizə layiqli övlad olacağıq”.