Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Binəqədi rayonundan Qarabağ müharibəsi veteranı Abbas Quliyev Prezidentə məktubunda yazır:
“Hörmətli cənab Prezident ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qəbul etdiyiniz qərarlar və gördüyünüz tədbirlər nəticəsində Azərbaycanda genişmiqyaslı işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qoruyub saxlaya bilməkdədir. Mən bir Qarabağ müharibəsi veteranı olaraq Sizin verdiyiniz qərarları alqışlayıram. Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm. Biz həmişə Sizinləyik”.