Karantindən sonra Azərbaycanda da bəzi tədbirlər başlayacaq
Gürcüstanda bir taksi şirkətinin «Çağrı mərkəzi»ndə əlillərə iş verilib. Onlar heç bir ağır iş görmədən sadəcə, telefon zənglərinə cavab verirlər. Bununla həm şirkətin işi gedir, həm də əlillər özlərini cəmiyyətdən təcrid olunmuş hiss etmirlər.
Azərbaycanda da əlilliyi olan şəxslərin ən ciddi problemlərindən biri onların işə düzəlməsi ilə bağlıdır.
Ümid edirik ki, Azərbaycanda da taksi və ayıq sürücü xidmətləri bu üsuldan istifadə etməklə əlillərə diqqət göstərə bilərlər.
Əlilliyi olan şəxslərə "Çağrı mərkəzi"nə iş verilməsi təşəbbüsünü müsbət dəyərləndirən Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli "Sherg.az"a açıqlamasında belə deyib:
"Məşğulluq sahələri üzrə apardığımız monitorinqə əsasən əlilliyi olan şəxslər üçün münasib iş yerləri (o cümlədən qeyd etdiyiniz) araşdırılıb, tədbirlər planı hazırlanıb. Bunun əsasında həm hökumətə, həm də ayrı-ayrı sahibkarlıq qurumları ilə fəaliyyətə başlamaq ərəfəsində hazırkı vəziyyət (COVİD-19) meydana gəldi və buna görə sona çatdıra bilmədik. Yəqin karantin qurtardıqdan sonra bunu davam etdirəcəyik".