Vilyam Hacıyevin evindən çıxanlar: Külli miqdarda pul, bahalı avtomobillər... - FOTO


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin xidməti otağında və yaşadığı evində axtarışlar aparılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı DTX görüntülər yayıb. 

Axtarışlar zamanı V.Hacıyevin xidməti otağından xüsusi hazırlanmış yeşiklərdə külli miqdarda maliyyə vəsaitləri aşkarlanıb. 


Bundan başqa, onun yaşadığı evə baxış zamanı qarajdan 10-PR-777 dövlət nömrə nişanlı “Aston Martin” və 90-KH-900 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillər aşkar edilib.