Tovuzdan liderə məktub var: “Siz həmişə biz pensiyaçıların da qeydinə qalırsınız”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən Məmmədqasım Bayramovun məktubunda deyilir:

 “Əziz Prezidentimiz, Sizin uzaqgörənliyiniz sayəsində koronavirus pandemiyasının birinci mərhələsindən az itki və az yoluxma ilə qurtulduq. Bu çətin vəziyyətdə tibb işçilərimiz Sizin də dəstəyinizlə və qayğınızla öz işlərini canla-başla yerinə yetirdilər. Siz bu pandemiya dövründə hər bir azərbaycanlının yanında oldunuz. İmkanı olmayan ailələr, işə gedə bilməyən vətəndaşlar 190 manat ödəmə və ərzaq ilə təmin edildilər. Siz həmişə biz pensiyaçıların da qeydinə qalırsınız. Mən şəxsəm öz adımdan və yaşadığım kəndin sakinləri adından Sizə ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olun ki, hər zaman xalqımızla birlikdəsiniz”.