“Azərbaycanın regional mövqeyi daha da güclənir”

“Artıq ölkəmiz regionda aparıcı dövlətlərdən biri kimi beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən dövlətə çevrilib”



“Avropanın enerji təhlükəsizliyinin formalaşmasına yaxından töhfə verən Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün və təhlükəsizliyin formalaşmasına dəstək olaraq qiymətləndirilməlidir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Depuat qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin məqsədi Azərbaycanın regional mövqeyinin daha da güclənməsi və ölkəmizin regional-qlobal proseslərdəki rolunun artırılmasına nail olmaqdan ibarətdir:



“Nəzərə alsaq ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən həm türkdilli ölkələrin zirvə toplantısı, eyni zamanda Qoşulmama Hərakatına üzv olan dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən videokonfrans Azərbaycan Prezidentinə olan inamın göstəricisidir. Cənab Prezidentin göstərişi ilə Azərbaycan 30-a yaxın ölkədə pandemiyanın təsirinin aradan qaldırılması üçün maliyyə dəstəyi nümayiş etdirdi. Təbii ki, bu da Azərbaycanın iqtisadi gücünü xarakterizə edən faktorlardan biri kimi qiymətləndirilir”. 

Deputat bildirib ki, Azərbaycan beynəlxalq qurumlarla əməkdaşlığı davam etdirir:

“Xüsusən Avropa Yenidənqurma İnkişaf bankının, Asiya İnkişaf bankının rəhbərliyi ilə keçirilən görüşlərdə Azərbaycanda aparılan islahatlar və pandemiya dövründə koronavirusun təsirlərinin minimumlaşması ilə bağlı həyata keçirilən tədbirlər yüksək qiymətəndirildi. Azərbaycan ortamiqyaslı ölkə olaraq regional və qlobal təhlükəsizliyə töhfə verməyə çalışan dövlətlərdən hesab olunur. Bu isə ondan xəbər verir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan siyasət ölkəmizin regional və beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarıb. Bütün bunlar ölkəmizin mövcud iqtisadi və siyasi gücü konteksində regional proseslərə daha yaxından təsir etməsi, xüsəsən də region üçün vacib olan layihələrin reallaşmasına səbəb olur. Bu bir daha təsdiq edir ki, Prezidentin həyata keçirdiyi xarici siyasət, regional və qlobal təhlükəsizliyə töhfənin verilməsinə ünvanlanan siyasətimiz Azərbaycanın mövqeyinin daha da güclənməsinə imkan yaradıb. Artıq Azərbaycan regionda aparıcı dövlətlərdən biri kimi beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən dövlətə çevrilib”.