Polis icazəsi olmayan qadını bacısının dəfninə apardı - Video


Bakıda karantin günündə bacısı vəfat etmiş qadın polislərdən kömək istəyib.

 Musavat.com xəbər verir ki, qadın Heydər Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarına yaxınlaşaraq bacısının vəfat etdiyini, lakin icazəsi olmadığı üçün onun dəfninə gedə bilmədiyini deyib.

Polis əməkdaşları xidməti maşınla qadını gedəcəyi ünvana aparıblar.