MN-dən PUA-larımızın vurulması ilə bağlı düşmənin yalanlarına - CAVAB

Müdafiə Nazirliyi Azərbaycan Ordusuna aid Pilotsuz Uçan Aparatın vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumata cavab verib.

"Sherg.az"ın məlumatına görə, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

"Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur".