"Dünyaya gəlməyə ömür tələsdi"
Şəymən Bayramova
10:11 18.08.2020
Cəmiyyət
823
Şair Məmməd Əfşan yeni kitabında Azərbaycanı bir xəritə kimi açır
Şair Məmməd Əfşanın "Dünyaya gəlməyə ömür tələsdi" adlı şeirlər toplusu çap olunub. Kitab müəllifin digər əsərləri kimi çoxsaylı oxucuları tərəfindən maraqla və rəğbətlə qarşılanıb. Bu da təsadüfi deyil. M.Əfşan Vətənin hər qarış torpağını, millətini və dövlətini candan-ürəkdən sevən qələm sahibi olmaqla yanaşı, həm də müasir Azərbaycan ədəbi mühitində öz yazı manerası, forma və məzmunu, orijinal dili, üslubu ilə tanınan bir sənətkardı. Həmçinin cəmiyyətimizdə nəzərəçarpan əyər-əskiklikləri cəsarətlə tənqid edən satirik şairdir. Bunlarla bərabər özü də qeyrətli, ləyaqətli və mərd kişilərdəndi.
Şair "Dünyaya gəlməyə ömür tələsdi" adlı kitabda Azərbaycanı bir xəritə kimi açır. Səhifələri vərəqlədikcə gözümüzün önündə Laçının, Kəlbəcərin silsilə dağları, Zəngilanın, Qubadlının büllur bulaqları, Ağdamın, Şuşanın gözəl çağları canlanır. Xəyalımızda Qaxın, Qəbələnin gül-çiçəkli yaylaqları, ceyran-cüyür oylaqları təsvir olunur. Oxucu bütün əsərlərində yazıçı-şairin özünü görür və duyur.
Zirvələrə üz tutub, ucalığa can atdım,
Kişiliyi nişan verən neçə dastan yaratdım.
Mən bu ömür yollarında nə yoruldum, nə yatdım,
Dizləri qatlanmayan nər ömrünü yaşadım.
Şairin «Elm və zəka» nəşriyyatı tərəfindən çap olunan «Dünyaya gəlməyə ömür tələsdi» şeirlər kitabının redaktoru şair Vəli Xramçaylıdır.
Müəllifin kitabda gedən şeirlərini dönə-dönə oxuduğunu vurğulayan V.Xramçaylının qənaətincə, «Nə böyük dərd imiş şair yaranmaq» deyən Səməd Vurğunu Məmməd Əfşan başqa bir formada təkrarlayır. Və şair öz dərdini başqa dərddaşlarla bölüşdürür. Ona görə kitabın ikinci adı «Yurd ağrılı dostlara məktublar» adlanır. Həmin şəxslər də ürəklərində illərdir Vətən həsrəti, yurd ağrısı gəzdirirlər.
Şair ana yurdun qarı düşmənlər tərəfindən zaman-zaman pay-puş, təbii zənginliklərinin talan edilməsini, illərdir düşmən tapdağında qalan xaraba yurd yerlərinin ağrılarını bölüşməyə həmdərd axtarır. Gah üzünü klassik şairimiz Qasım Bəy Zakirə, gah zəmanəmizin ünlü şairi Məmməd Araza tutaraq, onlardan kömək istəyir. Gah da «Özündən yuxarı Allahın özü, Allahdan aşağı dayanan şair» Yaradana yön çevirib «Qul xatasız olmaz, ağa kərəmsiz» deyərək, Vətəndən perikdirilmiş qullarını bağışlamağı xahiş edir, Yaradana yalvarır.
Kitabda müraciət edilən şəxsiyyətlər Məmməd Əfşanın «simvolikalardır». Şair ağrılarını bölməyə onları «dərddaş» edib. İllərdir ürəyini parçalayan, beynini yoran dərdləri Məmməd Əfşanın böyük Vətən və yurd ağrılarıdır.
O, cənnət Qarabağın azğın erməni vandalları tərəfindən daşının daş üstə qoyulmamasına, Qarabağın qədim və köklü əhalisinin yurddan didərgin salınmasına, Azərbaycanın tarixi qalalarının üstündə erməni bayrağının dalğalanmasına dözmür, üzünü Qarabağın ünlü şairi Q.B.Zakirə tutub deyir:
Kəsilib yolları dağla, aranın,
Yoxdu «Turş su» üstə əhval soranın,
Baban tikdirdiyi xan Əsgəranın,
Üstünə sancıbdır erməni bayraq.
Şair Məmməd Araza məktub formasında yazdığı "Vətəndir amalım, millətdir andım" şeirində isə qəlbindəki sızıltını daha real və dəqiq təsvir edib:
Millətin zilləti ağrıdır məni,
Didir, parçalayır, dağıdır məni ,
Sızladır, göynədir, ağladır məni,
Min dağ-düyün çəkir sinəmə çarpaz.
Yoxdur bir oxşayıb, ovudan məni,
Hayıma hay verən həyan tapılmaz,-
Ay Məmməd Araz!
Məmməd Əfşanın bir sızıltısı, ürək ağrısı da doğma yurdu Əskiparadır. Həmin Əskipara da o ağır illərdə xəyanətin qurbanı olub, otuz ildir, gözləri yol gözləyir. Şair yaşadığı ağrı-acını, vətən həsrətini
«Qazançı dağına» həsr etdiyi şeirdə şair uzaqdan «Qazançı» dağına baxaraq təsvir edir:
Qəm mülkündə dərd sinəmə söykəndi,
Görəmmədim, o obanı, o kəndi,
Daha mənim ömrüm-günüm tükəndi,
Baxa-baxa Qazançının dağına.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm