
Psixoloq həkimə hücumdan danışdı: Bəzi insanlarda onlara qarşı inamsızlıq var
09:45 07.04.2025
Sosial
287
Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.
Unikal xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, bu günkü insanın bir bəlası var və o da inamsızlıqdır:

“İnamsızlıq insanın öz içində düşdüyü ən dərin quyudur. Ancaq insan övladı hər vəziyyətə öyrəşməli, öyrəşə bilmədikdə problemdən çıxış yolunu tapmalıdır. Aqressiyanın cəmiyyətdə müşahidə olunmasına bir neçə səbəb göstərmək olar. Bunlardan birincisi ailədaxili gərginlikdir. Ailə daxilində olan ünsiyyət azlığı, bir-birlərini dinləyə bilməmək aqressiyanın yaranmasına səbəb olur. İnsanın daxilində müəyyən tələbatlar ödənmədiyi üçün onlar cəmiyyət arasına çıxdıqları vaxt hər xırda məsələdən qıcıqlana bilir,heç kimə inanmır güvənmir, və bu da aqressiv davrınışa gətirib çıxarır.Elə insanlar var ki, onlar hər hadisəyə görə dərhal reaksiya verir. Bəzi insanlarda isə həkimlərə qarşı inamsızlıq var ki buda bəzi dirnaq arası doktorların rüşvət və məsuliyyətsizliyinin nəticəsidir. Buda özünə və özündən olana inanmamasına gətirib çıxarır. Hazırda dünyada kütləvi savadsızlıq, fəlsəfədən uzaqlaşmaq tendensiyası var. Artıq insanlar məna axtarışının deyil, bəsit yaşam tərzi sürməyin tərəfdarıdırlar. Düşünmək çətin olduğuna görə əylənmək önə keçib. Bu da zaman keçdikcə insanlarda aqressiya yaradır. Ən yeni istehsal məhsulundan, son model telefondan istifadə edirik, son model maşın sürürük, ancaq 21-ci əsrin düşüncəsinə, hüququna uyğun həyat tərzi yaşamırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həcc üçün yerlərin 60 fazizi doldu - QMİ vətəndaşlara üz tutdu
13:50 21.01.2026
Cəmiyyət
Bu peyvənd yaşlanmanı ləngidir
13:47 21.01.2026
Sağlamlıq
İranda etiraz aksiyalarında ölənlərin sayı 4 519-a çatdı
13:43 21.01.2026
Dünya
Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO
13:39 21.01.2026
Qarabağ
Prezident İlham Əliyev Davosda israilli həmkarı ilə görüşdü
13:21 21.01.2026
Gündəm
ÖNƏMLİ DİALOQ: Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək
13:10 21.01.2026
Gündəm
Parlamentin komitə iclasında 4 məsələ müzakirə ediləcək
13:04 21.01.2026
Gündəm
Sabah yollar buz bağlayacaq
12:55 21.01.2026
Ekologiya
Donald Tramp İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etdi
12:52 21.01.2026
Gündəm
Şahbanu İranda “Milli Matəm” elan etdi
12:50 21.01.2026
Dünya
Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər
11:51 21.01.2026
Aktual
Bir gecədə 6 velosiped oğurlayan şəxs saxlanıldı
11:37 21.01.2026
Hadisə
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
11:26 21.01.2026
Gündəm