Ermənistana AĞRI dağı... - “Onlarla elə bu dildə danışmaq lazımdır”

“Hər halda bu bizə Ağrı Dağı, rəsmi İrəvan və Ermənistan xalqı üçün sözün əsl mənasında ağrı olacaq”


Ağrı Dağı Türkiyənin ən böyük dağıdır. Bu dağ Ermənistandan 32 km qərbdə, Türkiyə ərazisində yerləşsə də, düşmən həmişə Ağrı Dağını özlərininki kimi qələmə verməyə çalışıb. Lakin bu iddia yenə də reallıqdan uzaq və xam xəyaldan başqa bir şey deyil. Bu yaxınlarda Ağrı Bələdiyyəsi dağın Ermənistana baxan hissəsində qardaş Türkiyə və Azərbaycanın birgə bayraqlarının əks olunacağını dedi.

Ağrı Bələdiyyəsinin sədri “Twitter” hesabında dağın üzərində qardaş ölkə ilə bizim bayrağımız əsk olunan bir şəkil paylaşaraq bu sözləri paylaşıb: “Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı Dağının Ermənistantana baxan tərəfindən bu görüntünü görəcəksiz. Ümid edirəm ki, bu, cəbhədə Ermənistana “stimul” olar”.

Şübhəsiz ki, bu, nəinki rəsmi İrəvana, həmçinin erməni xalqına da göz dağı olacaq. 



Təşəbbüsü müsbət qiymətləndirən Filologiya elmləri doktoru, Türkoloq Firudin Cəlilov “Sherg.az”a söyləyib ki, ermənilər çox mənfur xalqdır, onlar öz gerblərində belə Ağrı Dağını əks etdiriblər.

Ona görə də onlara göz dağı vermək üçün Ağrı Dağında iki qardaş xalqın bayrağının əks olunması təqdirəlayiq , eyni zamanda alqışlanası addımdır:
“Bilirsiniz, erməniyə yumşaq sözlərlə, ədalətli mövqeylə yanaşmaq lazım deyil. Gərək cavabını layiqli verəsən ki, yerini bilsin. 
Onlar özlərinə mifoloji tarix düzəltmişdilər.  Ağrı Dağını özlərininki sanırdılar. 
Təşəbbüs baş tutarsa, bu həm psixoloji cəhətdən, həm də milli hisslər baxımından işğalçıya pis təsir göstərəcək. Mənim də dediyim odur ki, onlarla elə bu dildə danışmaq lazımdır”.

Hər halda bu bizə Ağrı Dağı, rəsmi İrəvan və Ermənistan xalqı üçün sözün əsl mənasında ağrı olacaq!

Ağarza Elçinoğlu