Düşmənin “SMS təxribatı” da “yerimədi” ! – “Ön cəbhədə ordumuz, arxa cəbhədə millətimiz…”

Ermənistan hakimiyyəti fəaliyyətinin son akkordunu yaşayır. Buna rəğmən, uğursuz təxribatlarını davam etdirmək niyyətindən əl çəkmir. Bu təxribatlar indiyə qədər sosial şəbəkələr üzərindən təşkil olunurdusa, artıq SMS-i də "təxribatlar sırasına" daxil edirlər. Mülki əhaliyə FHN adından “Evlərinizi tərk edin, düşmən tərəf  basqın edir" və.s tipli təxribat xarakterli SMS-lər göndərilir.

Bununla insanların təşvişə düşməsinə, cəmiyyətdə ajiotaj yaranmasına çalışırlar. Lakin unudurlar ki, indiki Azərbaycan hökuməti və cəmiyyəti 1990-cı illərin Azərbaycanı deyil.

Artıq intellektual və geniş dünya görüşə malik cəmiyyətimiz formalaşıb. Bu səbəbdən Ermənistan tərəfinin Azərbaycan cəmiyyətində təlaş yaratmaq istəkləri heç zaman reallaşmayacaq. 

Mövcud durumla bağlı "Sherg.az"a danışan hüquqşünas Novella Cəfəroğlu bildirib ki, Azərbaycan hakimiyyəti də, xalqımız da bu vəziyyətə  yetərincə hazırlıqlıdır:

“Ermənilərin Dağlıq Qarabağla bağlı dezinformasiyalar yayan fake” səhifə və profilləri şikayət olunur və bağlanır. Daim onların təxribatlarına lazımi səviyyədə cavab verilir.

Ön cəbhədə ordumuz, arxa cəbhədə düşüncəli millətimiz var ayıq-sayıqdır”.

Sücayət Mehtili