Ata Abdullayev niyə saxlanılıb? - Açıqlandı + VİDEO

Ata Abdullayevin saxlanılma səbəbi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, A.Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında yaxalanaraq saxlanılıb.

Qeyd edək ki, Ata Abdullayev cəmiyyətdə şantajçı, şəxsi həyata müdaxilə edən və reketlə məşğul olan şəxs kimi tanınır.

22:10

Ata Abdullayev saxlanılıb.

O, bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Bu barədə Sabah.az saytı məlumat yayıb.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik məlum deyil.