2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 1476.4 kq qızıl, 2061.9 kq isə gümüş istehsal edilib.
"Sherg.az"Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artıb, gümüş istehsalı isə 24.1% azalıb.
Qeyd edək ki, 2024-cü il sentyabr ayının 1-nə Azərbaycanda gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 593.9 kq və 278 kq təşkil edib.