Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58401 doğulan körpə qeydə alınıb.
Bu barədə "Sherg.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11-dan 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1928-i əkiz, 84-ü üçəm və 4-ü isə dördəm doğulub. Beləliklə cari ilin 7 ayında 31069 oğlan, 27 332 qız doğulub