Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8723,3 milyon manat təşkil edib.
Bu barədə"Sherg.az"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu göstəricinin 4 195 milyon manatı heyvandarlıq, 4 528,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bu dövrdə kənd təsərrüfatının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8%, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3%, bitkiçilik məhsulları üzrə isə 0,3% artıb.