Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 19 127,7 min ton olub.
Dövlət Statistika Komitəsindən "Sherg.az"a  verilən məlumata görə, yüklərin 8 749,5 min tonu və ya 45,7%-i dəmir yolu nəqliyyatı, 5 773,6 min tonu və ya 30,2%-i avtomobil nəqliyyatı, 4 604,6 min tonu və ya 24,1%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhlizlər vasitəsilə daşınmış yüklərin 58,6%-i və ya 11 206,2 min tonunu tranzit yüklər təşkil edib.