İrəvan Kremeri ABŞ-nin xoşuna gəlmək üçün Rusiyaya vermir -RƏY

Hadisə Rusiya və Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb olacaq

Ermənistan Rusiyada axtarışa verilən ABŞ vətəndaşı Kremeri Rusiyaya verməkdən imtina edib. Bu barədə Ermənistan KİV məlumat yayıb. ABŞ vətəndaşının dediyinə görə, Rusiyada polis onun əşyalarına narkotik maddə yerləşdirib. 


AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, bu yaxınlarda Rusiya və Amerika arasında siyasi məhbusların dəyişikliyi oldu:

"Ermənistan sözügedən məsələni Amerikanın xoşuna gəlmək üçün həyata keçirib. Bu isə növbəti Rusiya və Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Artıq Nikol Paşinyanı Amerikanın adamı ediblər. Amma Rusiya hələ də Ermənistandadır. Ermənistanın sərhədlərini Rusiya qoruyur. Rusiyanın Qazprom şirkəti və 102-ci hərbi bazası Ermənistandadır. Yəni hələlik Rusiya Ermənistana  ciddi müqavimət göstərmir. Gümrüdən Rusiyanın hərbi bazası çıxmayınca və sərhədlərə özləri nəzarət etməyincə Ermənistanın Rusiyaya güclü müqavimət göstərdiyini deyə bilmərik".