AMEA-dan "Vikipediya"dan şəhidlərimizin məqalələrinin silinməsi ilə bağlı- AÇIQLAMA

Vətən müharibəsi şəhidləri ilə bağlı "Vikipediya"da yaradılan məqalələrin silinməsi ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.
 "Sherg.az" xəbər verir ki, bu barədə AMEA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada qeyd edilib.
"Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan, səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk", - açıqlamada vurğulanıb.