Cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26837 nikah və 12370 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,5-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.