İstilər uzaqlaşır: Yağış, sel gəlir

Qara dəniz bölgəsində hazırda yağışlı hava hökm sürür. Anadoluda yağıntıların miqdarı azalsa da, Qara dəniz bölgəsində artmaqda və bölgəyə yaılmaqdadır. Yağıntıların çərşənbə gününədək davam edəcəyi gözlənilir. Meteoroloqlar sel və daşqın təhlükəsi barədə də xəbərdarlıq edib.

Sherg.az “CCN Türk”ə istinadən bildirir ki, Türkiyə Meteoroloqlar Bürüosu hazırda ümumən bölgədə davam edən anomal istilərin ardınca yağıntıların miqradının artacağını, bəzi yerlədə sel və daşqın təhlükəsi ola biləcəyini proqnozlaşdırır.  İstanbul və Ankarada şimşək çaxacaq, yağış yağacaq. Temperatur 30 dərəcənin altına düşəcək. Azərbaycanda da qarşıdakı günlərdə isti havanın getdikcə sərinləşəcəyi, temperaturun aşağı düşərək, iyun ayının normasına uyğun olacağını bildirilir.  Meteoroloqlar havadakı bu ani dəyişmələri qlobal istiləşmə ilə əlaqələndirir. Elm adamları temperaturda bu cür yüksəliş və enmələrin təbii deyil,  qlobal istiləşmə ilə bağlı olduğunu, istiləşmənin əvvəlki illərə nisbətən daha böyük sürətlə artdığını bildirir.