Milli Məclis buraxılır?- Əsassızdır: “Parlamentin imicinə xələl gətirirlər” 

Son günlər müzakirə olunan əsas məsələlərdən biri də parlamentin buraxılmasıdır. Müxtəlif iddialara görə, bu, konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi ilə əlaqədardır.



Millət vəkili Cavid Osmanov “Sherg.az”a açıqlamasında məsələyə münasibət bildirdi: 
“Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri müxtəlif sahələr üzrə islahatların keçirilməsidir.

Bu proses uğurla davam etdirilir. Azərbaycan regionda yeni geosiyasi reallıq yaradıb.

Belə şaiyələr isə məqsədli şəkildə yayılır və heç bir əsası yoxdur. Niyyət Azərbaycanın artan nüfuzuna, parlamentin imicinə xələl gətirmək, daxili ictimai-siyasi sabitliyi sarsıtmaqdır. Lakin bu, mümkün deyil.
Vətəndaşlar prezidentin ətrafında sıx birləşiblər. Ölkədə xalq iqtidar birliyi var”.