Borrelli bu xanım əvəz edəcək - Leyen elan etdi

Estoniyanın keçmiş baş naziri Kaya Kallas noyabrın 1-dən AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
“Kaya Kallas, artıq bildiyiniz kimi, bizim ali nümayəndəmiz və vitse-prezidentimiz olacaq. Biz geosiyasi qarşıdurma və qeyri-sabitlik dövründəyik. Bizim xarici və təhlükəsizlik siyasətimiz bu reallığı dərk etməklə müəyyən edilməlidir”, - deyə Leyen bildirib.
Qeyd edək ki, hazırda AB diplomatiyasının rəhbəri Jozep Borrelldir.