Tramp siqnalını verdi: Kriptovalyuta sənayesinə daxil olmaq zəruridir

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezidentlik yarışında namizədi Donald Tramp kriptovalyuta sənayesinə girməyin zəruriliyini vurğulayaraq, bu sahədə yeni təşəbbüsə başlayacağına işarə edib.

Sherg.az xəbər verir ki, sosial media platformasında canlı yayımda kriptovalyuta sənayesi ilə bağlı açıqlamalar verib

Kriptovalyutanın yeni maliyyə sistemini dəyişdirəcəyini vurğulayan Tramp, "Kripto bizim daxil olmağımız lazım olan bir sahədir. İstəsək də, istəməsək də bunu etməliyik" deyib.

New York Times-ın məlumatına görə, Tramp və oğullarının iyul ayından etibarən sosial media hesablarında təbliğat apardıqları "World Liberty Financial" şirkəti yaxın vaxtlarda "$WLFI" kriptovalyutası adı ilə ictimaiyyətə çıxacaq.

Digər tərəfdən Trampın kripto pul sənayesinə girməsi ABŞ-da bir çox dairələrin reaksiyasına səbəb olsa da, noyabrda seçiləcəyi təqdirdə kriptovalyuta təşəbbüsündə iştirakının ciddi maraqlar toqquşmasına səbəb olacağı bildirilir.