Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq

Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaqRikardu Pereyra
2022-ci il dünya çempionatının seçmə oyunlarında İrlandiya və Azərbaycanla üz-üzə gələcək Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.

"Report" Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Lester" klubunda çıxış edən Rikardu Pereyra zədə səbəbindən heyətdən çıxarılıb.

27 yaşlı müdafiəçinin yerinə komandaya İngiltərənin digər təmsilçisi "Vulverhempton"da oynayan Nelson Semedu cəlb olunub.

Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi, sentyabrın 7-də Azərbaycan yığmasının qonağı olacaq. Komanda sentyabrın 5-də Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.