Araşdırma: Sosiska insan ömrünü 36 dəqiqə azaldır

ABŞ-ın Miçiqan Universitetində istehlak edilən 5853 ərzaq məhsulunun insan sağlamlığına təsiri ilə bağlı yeni bir araşdırma dərc edilib.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, araşdırmada sosiskanın insan ömrünündən 36 dəqiqə aldığı ortaya çıxıb.
Miçiqan Universitetin ətraf mühit sağlamlığı elmləri professoru və məqalənin baş yazarı Oliver Colliet bu sözləri söyləyib:
“Qidanın faydalı və zərərli təsirlərinin sağlamlığa əsaslananmasına dair bir qiymətləndirmə etmək istədik. Məsələn, bir qram meyvə adam başına 0,1 dəqiqə qazandırır”. Sosiska ilə bağlı araşdırmalarından bəhs edən Colliet deyib:
 “Dana ətindən hazırlanan standart sosiskada 61 qram işlənmiş ət insan ömründə 27 dəqiqə itkiyə səbəb olur. Natrium və trans yağlar kimi komponentləri də nəzərdən keçirdikdə, cəmi 36 dəqiqə itirilir”.Araşdırmada qoz-fındıq, dəniz məhsulları, meyvələr və nişastasız tərəvəzlər kimi qidaların istehlakının sağlamlığa müsbət təsir göstərdiyi vurğulanıb.