Tədbir görülsün! – “Qatqılarla yanacağın keyfiyyəti dəyişdirilir”

"Təsadüfi deyil ki, onkoloji xəstələrin sayı artmaqdadır"

"Bu, məhz keyfiyyətsiz yanacağın zəhəri ilə əlaqədardır"

“Biz uzun illərdir bu barədə danışırıq. Aidiyyəti qurumlar özləri də mövcud problemləri bilirlər. Sadəcə Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Sənaye Nazirliyi, SOCAR iradə göstərməli, baş verənlərə reaksiya  verməlidirlər”.

 Bu sözləri ölkədəki yanacağın keyfiyyəti barədə “Sherg.az”a danışan nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyib.
 O qeyd edib ki, bəzi yanacaqdoldurma məntəqələri insanların cibinə girirlər:



“Onlar haqqında sərt tədbirlər görülməlidir. Çünki müəyyən qatqılarla yanacağın keyfiyyəti dəyişdirilir. Bu isə həm ətraf-mühitə, həm də insan sağlamlığına ziyandır.

Qəribədir, Azərbaycandan yanacaq alan ölkələrdə, o cümlədən Gürcüstanda yanacağın keyfiyyəti bizdəkindən yaxşıdır. Bu, sadəcə məyusedicidir.

Saxta Kovid pasportu satan həkimlərlə, bəzi yanacaqdoldurma məntəqələrinin rəhbərləri arasında heç bir fərqi yoxdur. Hər ikisi insan həyatını heçə sayır, vətəndaşları ölümə sürükləyir.

Təsadüfi deyil ki, onkoloji xəstələrin sayı artmaqdadır. Bu, məhz keyfiyyətsiz yanacağın zəhəri ilə əlaqədardır.

Elə buna görə inkişaf etmiş ölkələr elektromobillərə üstünlük verirlər. Fikrimcə, biz o mərhələyə çatanadək hüquq mühafizə orqanları, polis işçiləri ciddi tədbirlər görməlidirlər”.