DİN: Tamilla Qulaminin qızı və qardaşı oğlunun tapılması istiqamətində tədbirlər görülür

Daxili İşlər Nazirliyi "Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu yoxa çıxması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.