Yeni bakteriya növləri kəşf edildi: Dizel və benzini təmizləyə bilir

Kalqari Universitetinin alimləri Arktikanın sularında bölgədə neft sızıntısının təmizlənməsinə kömək edən bakteriyalar aşkar ediblər.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, Atlantik Okeanının şimalında yerləşən və mövcud yanacaqları parçalaya bilən bakteriyalar “Labrador” dənizində yaşayır.
Həmin bakteriya növlərinə “Paraperlucidibaca”, “Cyclocasticus” və “Zhongshania” adı verilib. Araşdırmanın müəlliflərinə görə, bu bakteriyalar okeanı təmizləyir və ətrafdakı icmalar üçün həyati bir qaynaq olaraq qalır.

Araşdırmanın müəllifi  Kasey Hubert Sin Mörfi adlı bir tələbəsinin Arktikada artan neft çirkliliyi barədə xəbərdarlıq etdiyini söyləyib. Həmin bölgədə böyüyən Mörfi Labrador xalqının dəniz nefti ilə olan kompleks əlaqələrini dərk etdikdən sonra araşdırmaya başlayıb.

Elm adamları araşdırma çərçivəsində Arktika dənizinin dibinin bir neçə santimetrində olan palçığı süni dəniz suyu və xam neftlə bir şüşədə birləşdirərək neft sızmasını təmizləməyə çalışıblar. Daha sonra Labrador dənizindəki istiliyə yaxınlaşmaq üçün 4 dərəcə selsi üzərində təcrübələr aparılıb və nə olacağını görmək üçün bir neçə həftə gözlənilib. Nəticədə dənizdəki bəzi bakteriyaların təmizləyici effektə malik olduğu meydana çıxıb.