"Valideynlərin övladlarına dəstəyi imtahandan əvvəl başlamalıdır"


"Bu, qarşılıqlı səy tələb edən prosesdir. Valideynlərin övladlarına dəstəyi imtahandan əvvəl başlamalıdır".
 Bunu abituriyentlərin ali məktəbə qəbulu barədə "Sherg.az"a danışan BDU- nun müəllimi, psixoloq Müşviq Mustafayev deyib. 
 Onun sözlərinə görə, ana- atalar da uşaqları kimi məsuliyyətli olmalıdırlar:
"Bəzən valideynlər  istənilən ixtisasa qəbul olmadıqlarına və ya abituriyent adını qazanmadıqlarına görə övladlarına təzyiq edirlər. Bu, düzgün yanaşma deyil. Çünki abituriyentlər onsuz da stress keçirirlər. Sərt mövqe isə onları depressiyaya sala bilər. Və hətta sonra intiharların baş verməsi də mümkündür. Bu mənada valideynlərin öhdəsinə böyük məsuliyyət düşür. Onlar diqqətli olmalı və imtahan nəticəsinin mənfi ola biləcəyini də nəzərə almalıdırlar. Bu isə heç də dünyanın sonu demək deyil. Valideynlərə məsləhət görərdim ki, imtahandan uğursuz nəticə ilə çıxan övladlarına qayğı göstərsinlər. Belədə mövcud vəziyyətin daha tez atlada, ailədədaxili neqativ auranın öhdəsindən daha rahatlıqla gələ bilərlər".