Həkimlər heyrətləndi: Xəstənin mədəsində telefon...

Kosovanın paytaxtı Priştina şəhərində həkimlər 33 yaşlı kişinin mədəsindən Nokia 3310 modeli olan telefonu cərrahiyyə yolu ilə çıxarıblar.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, kişinin telefonu necə və nə üçün udduğu bilinmir.
Hazırda xəstənin sağlamlığının yaxşı olduğu bildirilir. Telefonun adı açıqlanmayan kişinin mədəsində dörd gün qaldığı söylənib.
Elm adamlarına görə, yeyilməyən, təsadüfən və ya qəsdən qəbul edilən xarici cisimlərin təxminən 80 faizi heç bir əlamət vermədən xaric olur. Ancaq yeyilməyən xarici bir cismi udmaq bəzən təhlükəli duruma da səbəb ola bilər. Bu zaman müxtəlif simptomların yaranması mümkündür.