Azərbaycan ərazisinə keçmiş iki erməni ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan ərazisinə keçmiş iki erməni mülki şəxs Ermənistana təhvil verilib.
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 20-21 yaşlı iki erməni dünən axşam saatlarında Ermənistan tərəfinə təhvil verilib.
Erməni mülki vətəndaşları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib.