Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı vəfat edib. 
Oxu.Az-ın məlumatına görə, idarənin Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin direktoru Anar Ramiz oğlu Nuriyev damarlarında yaranmış tromblaşma nəticəsində dünyasını dəyişib.

A.Nuriyev 1977-ci il noyabrın 17-də Sumqayıt şəhərində anadan olub. 

Əmək fəaliyyətinə 1995-ci ildə Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblına rəhbərlik etməklə başlayıb. 2003-cü ildən Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin “Nəzəriyyə” şöbəsində müəllim, 2015-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.