“İndiyədək Amnistiya Aktı 3448 kişiyə, 228 qadına tətbiq edilib”.
“Report”un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
Onun sözlərinə görə, məhkumlar yaş qrupuna da bölünüb: “Amnistiya ən çox 31-40 yaşında olanlara tətbiq edilib. Qadınlar arasında isə Amnistiya Aktı ən çox 41-50 yaşda olanlara şamil edilib”.
E.Musayev bildirib ki, kişilər arasında Amnisya Aktı ən çox çoxmüxtəlif tipli cəzaçəkmə müəssisələrində saxlananlara tətbiq olunub.