Kreml Nəsrullahın öldürülməsinə reaksiya verdi

Rusiya Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsini və Livana endirilən zərbələri pisləyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya tərəfi bu cür hərəkətləri pisləyir. Hesab edirik ki, onlar regionda vəziyyətin ciddi şəkildə destabilləşməsinə gətirib çıxarıb”, - o bildirib.