Sinan Akçıl bu dəfə mahnılarından başqa fərqli bir mövzu ilə gündəmə gəlib.
Sherg.az “Hürriyət”-ə istinadən xəbər verir ki, məşhur müğənniyə məxsus avtomobil 2014-cü il oktyabrın 15-də Yediemin şirkətinin dayanacağına bağlanıb. Şirkət İstanbul 33-cü İcra Bürosuna müraciət edərək Akçılın 10 ildir 50 min lirəlik parkinq və yedəkləmə borcunu ödəmədiyini əsas gətirərək ona qarşı icra prosesi başladıb.
Akçılın borcuna etirazından sonra icra prosesi dayandırılıb. Bu dəfə şirkət “etirazın ləğvi” tələbi ilə məhkəməyə müraciət edib.
Məsələ ilə bağlı Akçıl açıqlama verib. Məşhur müğənni avtomobilini alacağını bildirib:
“10 il əvvəl sürücümün idarə etdiyi avtomobil yol sığortası problemi səbəbindən dayanacaqda saxlanmışdı. Bu müddət ərzində nə mənə, nə də vəkilim Batuhan Dəmircana heç bir bildiriş gəlməyib. Bir az əvvəl ağlıma nəqliyyat vasitəsi gəlib avtoparkla əlaqə saxladıqda məhkəməyə verdilər. 400 min TL borc veriblər, sonra endirimlə 50 min TL-yə endiriblər. “Gələn həftə maşınımı alacağam”.