Məşhur sənətçi Bülent Ərsoy son dövr sənətçilərinin yaşadığı itkilərdən, dəfn mərasimlərində sədaqət olmamasından danışıb.
Sherg.az xəbər verir ki, Antalyada jurnalistlərlə söhbət edən sənətkar, "Vəfasızlıq təkcə dəfn mərasimlərində deyil; biz bu həyatda nəfəs aldıqca bu vəfasızlıqlar davam edəcək. Vallah, mən heç kimdən ummuram, dəfn mərasimimə də kimsənin gəlməsini istəmirəm"-deyə qeyd edib.
Sezen Aksunun "Özümü yaxşı hiss etsəm yenidən səhnəyə qayıda bilərəm" sözlərini xatırladan Ersoy, "Allaha and olsun ki, çox sevindim. Çünki onun yoxluğu böyük bir əskiklikdir. Türkiyənin ən yaxşı səslərdən biridir. O qədər gözəl oxuyur ki, anlada bilmirəm. Çox dəyərli bir sənətçi olduğu qədər də çox dəyərli bir sənətkardır, insandır. İnsanların onu canlı, duyğuyla dinləməsi lazımdır. Gözəl bir qərar verib. İlk konsertində mən də öndəyəm. Zanqoç kimi"-deyib.
Bülent Ersoy "Səhnələrə ara verməyi heç düşünmüsünüzmü?" sualına "Belə bir şey düşünməmişəm. Bir az həyasızam. Son ana qədər səhnədə olacam" cavabını verib.
Digər tərəfdən, Bülent Ersoy 2020-ci ildə dünyasını dəyişən anası Necla Poyraza Analar Günündə məktub yazıb. Sənətkar məktubda öz məzarı üçün bir sıra vəsiyyətlər də edib.
Ersoy paylaşımında bunları deyib: “...Yeri gəlmişkən, inanırsanmı, Haluk (Şentürk) məndən qat-qat çox sizinlə maraqlanır... Təmizliyindən tutmuş, hər şeyə əhəmiyyət verir. Şklindən tutmuş , üzərlərindəki güllərin davamlı dəyişməsinə qədər və s.. sanki öz anasısan kimi... Allah ondan razı olsun. İnşallah buna görə mən də Haluka vəsiyyət etmişəm və demişəm... "Mənə bax, məni sən dəfn dəfn edəcəksən, qəbrim çox qəşəng, çox təmiz və hər gün ağartıcı ilə yuyulmalıdır. Ona vəsiyyət etdim ki, çiçəklərim həmişə təzə olsun, ən əsası isə hər zaman ən gözəl səsi olan hocalarla birlikdə dualar oxu...'".