İddialar əsassızdır: Generalın evindən oğurluq olmayıb


Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir.