Pezeşkian Rusiya baş naziri ilə görüşdü

İran Prezidenti Məsud Pezeşkian Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşdə Rusiya-İran münasibətləri müzakirə edilib.

“7 ay ərzində ticarət dövriyyəmizin 6,5 faiz artmasına baxmayaraq, hesab edirəm ki, Rusiya ilə İran arasında enerji, nəqliyyat, sənaye, ticarət, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”, - Mişustin qeyd edib.