İrəvanda sürücülər tətilə başladı


Ermənistanda avtobus sürücüləri İrəvan meriyasının tətbiq etdiyi yeni ödəniş sisteminə etiraz edərək aksiyaya başlayıb.

Tətili səbəbindən səhər saatlarından minlərlə İrəvan sakini işə vaxtında gedə bilməyib.

Səhər saatlarında avtobus dayanacaqlarında sərnişin sıxlığı yaranıb.

“Bizdə olan məlumata görə, bəzi sürücülər minimum əməkhaqqı və əvvəlki planlaşdırılmış ödəniş sisteminə qayıtmağı tələb edirlər”, - deyə şəhər icra hakimiyyətinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər.

Hazırda sürücülərin tətili davam edir.

Mənbə: TASS