Prokurorluq: “Yevlaxda qadının yanaraq ölməsi faktı araşdırılır”


Prokurorluq Yevlaxda 8 ay əvvəl baş verən qətl barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“İctimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Səidə Hüseynova bu il aprelin 14-də rayonunun Aşağı Bucaq kəndində özünə məxsus cücə sexində baş verən yanğın zamanı çoxsaylı yanıq xəsarətləri alaraq hadisə yerində həlak olub.

Hadisə ilə bağlı aparılan ilkin araşdırmadan sonra yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

Mərhumun bacısı Rahilə Əhmədova isə yanğın baş verən gündən hadisənin qəsdən, tamah niyyəti ilə xüsusi amansızlıqla törədildiyini iddia etmişdi.

“İctimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.