Metroda ölən BDU-nun müəlliminin cibindən pul oğurlanıb - İDDİA


Dekabrın 9-da universitetə gedən zaman ürəktutmasından metroda vəfat edən müəllimin cibindən oğurluq edilib.

Bu barədə BDU-nun metroda vəfat edən müəllimi Əhməd Babayevin bacısı qızı sosial şəbəkədə paylaşım edib. 

O paylaşımda qeyd edib ki, dayısı gözəl keyfiyyətləri ilə seçilən insanlardan olub:
“Həyatında bir dəfə belə rüşvət almayan müəllim. Çox ağır xəbər oldu. Anında istifadə edib cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq? İşə gecikməmək üçün maşından düşüb metro ilə gedib adam, əcəlinə doğru”.

Qeyd edək ki, 72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, iki metodiki vəsaitin müəllifi olub.