Deputatdan TƏKLİF: Əfv elan olunmalıdır


“Azərbaycanda “qızıl əfv” elan edilməlidir”.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında deputat Fazil Mustafa belə təkliflə çıxış edib. 

O bildirib ki, Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra əfv elan olunmayıb. 

“Hesab edirəm ki, Azərbaycanda bu qələbə münasibətilə əfv olunmalıdır”, - deyə Fazil Mustafa əlavə edib. 

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanda amnistiya aktı imzalanıb.