Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu


Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Bu barədə qurumun “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, bu vəzifəyə Xanbaba Meyxoş oğlu Hüseynov təyin olunub. 

O daha əvvəl Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin Hemodializ şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

O, həmçinin 4-cü Baş İdarənin 1 və 2 saylı Xəstəxanalarında terapevt, reanimatoloq, anestezioloq və uronefroloq kimi fəaliyyət göstərib. Bundan əlavə, X.Hüseynov 4-cü Baş İdarənin 1 saylı Xəstəxanasının Urologiya və Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb.