İbrahim Borçalının atası niyə oğluna soyadını qadağan edib? - Açıqlama

İbrahim Borçalı "Onun Sirri" verilişində qonaq olub. "Sherg.az" xəbər verir ki, İ.Borçalı efirdə atasının ona ləqəb qoyması barədə danışıb:
"Atamgil beş qardaş olub. Onlardan biri atdan yıxılıb, digərləri də  müharibədə rəhmətə gedib. Birinin adını İbrahim qoyublar, onun da səsi var idi. Atam həmişə deyirdi ki, adını sənə qoydum səsi sənə keçdi. "Kaset" çıxarmaq fikrimi atama söylədim. Çox gözəl fikir olduğunu dedi.  Amma "Həsənov" soyadını kənara qoymağımı istədi. Borçalı ləqəbinin mənə uğur gətirəcəyini , elin adını sən daşı söylədi. Onun xeyir-duası mənə düşdü".