“Apple”dan  mühüm YENİLİK: Telofonunuz üçün “varis” seçə biləcəksiniz

 “Apple”ın iOS 15.2 yeniləməsi ilə vəfat etdiyiniz zaman seçdiyiniz insanlara “iPhone” məlumatlarınıza daxil olmaq icazəsi veriləcək.
“Sherg.az”ın məlumatına görə, bu yeni funksiya “iOS 15.2-nin beta” versiyasında təqdim edilib.
“Varis” olaraq seçdiyiniz şəxs ölümünüzdən sonra “Apple ID” hesabınıza və “iPhone”dakı bütün şəxsi məlumatlarınıza daxil olacaq. Fotolar, videolar və sənədləriniz seçdiyiniz şəxs və ya insanlar üçün əlçatan olacaq.
“Apple”, siz öldükdən sonra hesabınıza daxil olmaq istəyən şəxsdən giriş açarı və ölüm şəhadətnaməsinin surətini tələb edəcək. Qiymətləndirmədən sonra müsbət nəticə olarsa, şəxsə giriş icazəsi veriləcək.
Eyni funksiya “iPadOS 15.2”yə daxil ediləcək və “iPad”lər üçün də əlçatan olacaq.
 Qeyd edək ki, yeniləmənin təqdim olunacağı tarix hələki məlum deyil.

Çimnaz ŞAHLAR