Bəşər tarixində ilk! - Günəşə ilk toxunuş baş tutdu 

NASA dünyada ilk dəfə olaraq kosmik peykin Günəş planetinin səthinə toxunduğunu açıqlayıb. İlk dəfə olaraq kosmik peyk Günəşin xarici atmosferinə toxunaraq keçib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, NASA-nın açıqlamasında “Parker” adlı kosmik peyk Günəş atmosferinin “Korona”  - Günəş Tacı adlandırılan xarici təbəqəsinə qısa zaman kəsiyində daxil olub-çıxdığı bildirilir. Tarixdə lk dəfə baş vermiş bu hadisə bu ilin aprel ayında olub. Lakin məlumatlar analiz edilərək dəqiqləşdikdən sonra – indi açıqlanır. Hədsiz isti və radiasiyaya məruz qalan peykin topladığı məlumatlar elm adamlarının Günəş barədə yeni bilgilər əldə etməsinə kömək edəcək.

BBC Türkcə xəbər verir  ki, NASA yetkililərindən Nicola Fox “necə ki, Aya uçmaq Ayın necəliyini anlamağa yardımçı oldu, eləcə də Günəşə toxunmaq da lap yaxınlıqdakı parlaq ulduzu və onun Günəş sistemi üzərindəki təsirini öyrənmək üçün nəhəng bir addımdır”, deyib. “Parker”in günəşə toxunmaq missiyası NASA-nın indilərdə yürütdüyü ən iddialı layihələrdən biridir. Kosmosa göndərilən peyk 3 ildir ki, Günəşin ətrafında fırlanır, ona yaxınlaşmağa çalışırdı. Peykin sürəti saatda 500 min kilometrdir. Məqsəd Günəşin atmosferinə sürətlə daxil olub-çıxmaq və yandırıcı istidən qorunmaq üçün qalın qalxanla örtülmüş cihazlarla məlumat əldə etmık idi. Peyk yalnız bu il aprelin 28-də Günəşin “Alfven” adlandırılmış  təbəqəsi – “korona” təbəqəsinin xarici səthindən içəri daxil ola bilib. Bu nöqtədən başqa Günəşə aid bütün hissəciklər cazibə qüvvəsinin təsirindən çıxaraq kosmosa yayılır. 

“Parker” Günəş atmosferinin xarici səthinə 13 milyon kilometr yüksəklikdə yetişə bilib. Və 3 dəfə Günəş atmosferinin xarici səthinə daxil olub-çıxıb. NASA bu layihəni gerçəkləşdirməklə dünyanın maqnit sahəsini təsiri altına alan Günəşdəki partlamaların səbəbini öyrənməyi hədəfləyir.