Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı

Həbsdə olan Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə hüquq müdafiəçisi məlumat yayıb.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Saleh Rüstəmli 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.